Həyatını təhlükəyə ataraq sükan arxasında huşunu itirən xanıma yardım göstərən sürücü müəyyən olunub.
Bizim.Media xatırladır ki, sosial şəbəkə səhifələrində, eləcə də müxtəlif media subyektlərində paytaxtın H.Əliyev prospektində KIA markalı, 10-PT-454 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Faiq Şərif oğlu Rəhimovun sükan arxasında huşunu itirən xanım sürücüyə kömək göstərməsini əks etdirən videogörüntü yayımlanıb.
MÖVZU İLƏ BAĞLI:
Aeroport yolunda huşunu itirən sürücü belə xilas edildi - ANBAAN VİDEO
Bununla əlaqədar sürücü F.Rəhimov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə dəvət olunub və göstərdiyi köməyə görə ona təşəkkür edilib.
Eyni zamanda, F.Rəhimovun araşdırma zamanı il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən olunub və nümunəvi sürücü kimi ona mükafat təqdim edilib.
Bizim.Media