Paytaxtda obyektə görə binanın önündəki yaşıllıq ləğv edildi – FOTO 

Paytaxtda obyektə görə binanın önündəki yaşıllıq ləğv edildi – FOTO 

Hazırda oxunan: Paytaxtda obyektə görə binanın önündəki yaşıllıq ləğv edildi – FOTO 

183151

Paytaxtda bəzi bina evlərinin önündə yaşıllıq səhələr var. Bu sahələrdə ağaclar, güllər və s. əkilir. Lakin bəzən binaların birinci mərtəbəsindəki mənzillər qeyri-yaşayış sahəsinə çevriləndə bu sahələrdəki yaşıllıq ləğv olunub, onun yerini isə daş-beton örtük tutub. 

Bizim.Media avtosfer.az-a istinadən xəbər verir ki, metronun “Azadlıq prospekti” stansiyasının yanında yerləşən binalardan birinin  önündə də sözügedən vəziyyət yaranıb. 

Sakinlərdən biri deyir ki, binanın birinci mərtəbəsində yeni açılan obyektdə təmir gedən zaman hər ehtimala qarşı yaşıllıq sahənin şəklini çəkib. Lakin bu gün görüb ki, yeni əkilmiş küknar və zeytun ağacları artıq yerində yoxdur.  


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO