Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı

Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı

Hazırda oxunan: Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı

183056

Sabah Azərbaycanda Ramazan ayının səkkizinci günüdür.

Bizim.Media xəbər verir ki, imsak saat 05:23, iftar isə saat 19:04-ə təyin olunub.

İmsak duası:

“Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət- təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.

Tərcüməsi:

Ətraflı

“İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.

Allah orucunuzu qəbul eləsin!

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO