Martın 13-ü Kəlbəcər rayonunda qəzada yaralanan şəxs Bakıda xəstəxanada vəfat edib.
Bizim.Media xəbər verir ki, 1984-cü il təvəllüdlü Əhmədov Lətif Suriddin oğlu idarə etdiyi “HOVO” markalı yük avtomobili ilə Kəlbəcər rayonu, Yanşaq kəndi ərazisində hərəkətdə olarkən idarə etməni itirməsi nəticəsində yoldan çıxaraq müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
O, ötən gün müalicə aldığı Bakı şəhərində yerləşən 1 nömrəli Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
Hazırda faktla bağlı Kəlbəcər RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:56 / 17.03.2024
Kəlbəcərdə qəzada yaralanan şəxs Bakıda öldü
Hazırda oxunan: Kəlbəcərdə qəzada yaralanan şəxs Bakıda öldü
Hazırda oxunan: Kəlbəcərdə qəzada yaralanan şəxs Bakıda öldü
183014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.