“Tarqovı”nın gizli XƏZİNƏSİ – FOTOREPORTAJ 

“Tarqovı”nın gizli XƏZİNƏSİ – FOTOREPORTAJ 

Hazırda oxunan: “Tarqovı”nın gizli XƏZİNƏSİ – FOTOREPORTAJ 

182385

 “Tarqovı”ya yolumuz düşəndə buranın qarşısından bəlkə də yüz dəfə keçmişik. Amma ətrafdakı restoranlar, kafe və “pub”ların işıqlı cazibəsi çoxumuzun bu xəzinəni görməsinə mane olub. Bu çoxumuzun ağlına gəldiyi kimi qızıl daş-qaş, ləl-cəvahirat deyil. Bəlkə də bu, böyük xəzinələri kəşf edənlərin belə arzusunda olduğu əsl xəzinədir:

Sevdiyi peşə ilə məşğul olmaq...

Bütün yolların “Tarqovı”ya apardığı küçələrdən biri, Tolstoy küçəsində kiçik bir obyektdə çalışır reportajımızın qəhrəmanı. O da Tolstoy kimi yaradır, ancaq onun materialı kağız və mürəkkəb yox, biz, dəri və saplardır.


Söhbət Əli Məmmədovdan gedir. Köhnə adı ilə pinəçi, yəni ayaqqabı təmirçisidir.

Deyirlər düşmən ayağa baxar, ona görə gərəkdir ki, ayaqqabımız səliqəli olsun. Əli usta 48 ildir məhz buna çalışıb. Ad çəkməsə də deyir ki, çox məşhurların düşmənlərinin ovqatını təlx edib, ayaqqabılarını qaydaya salıb.

Sənəti də kimdənsə, kiminsə istəyi ya da diqtəsi ilə öyrənməyib. Marağı olduğu üçün ustanın qapısını çalıb, görüb-götürüb bu sənətin sənətkarı olub.


Ancaq övladlarının, nəvələrinin bu sənəti davam etdirmək istəyib-istəmədiklərini soruşanda Əli usta əmin olmadığını söylədi:

“Çünki indi sənətə dəyər verən yoxdur”

Bu cavabdan sonra əlavə suala da ehtiyac qalmadı. 

Əli ustanın sənətə sevgisinə həsəd apararaq, sənətə, sənətçiyə verilən dəyərin ölməsinə isə təssüf edərək emalatxananı tərk etdim.

Təbii ki, təkcə təəssüratlar yox, fotoaparatın obeyktivinə düşən kadrlar da qaldı Əli ustanın emalatxanasından xatirə…




















Leyla Qəhrəmanova, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO