Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ 

Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ 

Hazırda oxunan: Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ 

182377

Martın 14-nə gözlənilən hava proqnozu açıqlanıb. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. 

Cənub-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 8-12° olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. 

Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 10-15°, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° olacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO