"Şəhər əhalisi hiss etməsə də, bölgələrimizdə fermerlər su azlığından şikayət edirlər. Temperaturun yüksəlməsi, qonşu ölkələrdən daxil olan suyun azalması, əhalinin artımı, yaşam standartlarının yüksəlməsi və s. bütün bu amillər suya tələbatı artırır".
Bizim.Media xəbər verir ki, bu fikirləri Bakı Su Həftəsi Beynəlxalq Konfransının açılış mərasimində Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 13 su anbarı inşa EDİLƏCƏK – Zaur Mikayılov
O bildirib ki, Azərbaycan su ehtiyatlarının iki hissəsi transərhəd sulardan formalaşır:
"Helsinki Su Konvensiyasına qonşu dövlətlər qoşulmayıb. Təəsüf ki, regionda əməkdaşlıq prinsipindən faydalana bilmirik. Beynəlxalq əməkdaşlığın nə qədər önəmli olduğunu anlamalıyıq".
Məhərrəm Əliyev, Leyla Qəhrəmanova, Bizim.Media