Bakının bu ərazilərində avtomobil sıxlığının qarşısı alındı - VİDEO

Bakının bu ərazilərində avtomobil sıxlığının qarşısı alındı - VİDEO

Hazırda oxunan: Bakının bu ərazilərində avtomobil sıxlığının qarşısı alındı - VİDEO

182349

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən bir yol kəsişməsində və bir küçədə müntəzəm olaraq pik saatlarda yaranan sıxlığın qarşısı alınıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində olan işıqforun iş rejiminə dəyişiklik edilərək əsas istiqamət və piyada vaxtları artırılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bundan başqa, qəsəbənin Elşən Mehdiyev küçəsindəki işıqforun vaxt planları təhlil edilib və iş rejimi günün pik saatlarına uyğun tənzimlənib.

Görülən tədbirlər nəticəsində Yavər Əliyev və Elşən Mehdiyev küçələri, həmçinin Bakıxanov dairəsində yaranan avtomobil sıxlığının qarşısı alınıb.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO