Yel çərşənbəsində 9 dərəcəyədək isti müşahidə OLUNUR 

Yel çərşənbəsində 9 dərəcəyədək isti müşahidə OLUNUR 

Hazırda oxunan: Yel çərşənbəsində 9 dərəcəyədək isti müşahidə OLUNUR 

182219

Novruz bayramının üçüncü çərşənbəsi olan Yel çərşənbəsində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz, bəzi şərq rayonlarında qısamüddətli yağıntılı keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 9, Aran rayonlarında 9-13 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib. 

N.Məmmədov qeyd edib ki, son 10 ilin Yel çərşənbəsində ən yüksək temperatur göstəricisi 2019-cu ildə qeydə alınıb.
Belə ki, Bakıda və Abşeron yarımadasında 19, bəzi bölgələrdə 23, dağlıq ərazilərdə 14 dərəcə isti olub.

Onun sözlərinə görə, 2014-cü ilin Yel çərşənbəsində isə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 16 dərəcə isti, 2015-2016-cı illərdə 13 dərəcə, 2017-ci ildə 12 dərəcə, 2018-ci ildə 5 dərəcəi, 2019-cu ildə 19 dərəcə, 2020-ci ildə 15 dərəcə, 2021-ci ildə 7 dərəcə, 2022-ci ildə 13 dərəcə, 2023-cü ildə 8 dərəcə isti olub. Bu gün isə 9 dərəcəyədək isti müşahidə olunur. 

Yel çərşənbəniz mübarək! 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO