Ramazanın 5-cü gününün duası: İmsak və iftar vaxtı - FOTO

Ramazanın 5-cü gününün duası: İmsak və iftar vaxtı - FOTO

Hazırda oxunan: Ramazanın 5-cü gününün duası: İmsak və iftar vaxtı - FOTO

18213

Sabah Ramazan ayının beşinci günüdür.

Bizim.Media bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 18-də imsak vaxtı saat 04:22-də, iftar vaxtı isə 19:37-dədir.

Aprelin 18-si üçün namaz vaxtları:

Sübh azanı 04:32

Zöhr azanı 12:40

Əsr azanı 17:25

Məğrib azanı 19:37

İşa azanı 20:42

Beşinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Bismillahir-Rahmanir-Rahim. Allahumməc-əlni fihi minəl-mustəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi: “İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver, öz saleh və itaətkar  bəndələrindən, özünə yaxınlaşdırdığın dostlarından et, mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi! Amin!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul etsin!

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO