BİZİM TƏQVİM: 9 martda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 9 martda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 9 martda baş vermiş tarixi hadisələr

181692

2007-ci ilin bu günündə Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin Bakıda birinci forumu keçirilib. Forumda 48 ölkədən ümumilikdə 500-dən çox nümayəndə iştirak edib.

Bəs, martın 9-da daha hansı hadisələr baş verib?

1. 1500-cü ilin 9 martında məşhur səyyah Pedru Alvareşa Kabralanın başçılığı ilə 30 gəmidən ibarət Portuqaliya donanması Lissabondan Hindistan istiqamətində hərəkət edib. İspan ekspedisiya qrupu səfər zamanı Braziliya ərazisini kəşf edib.

2. 9 mart 1764-cü ildə Osmanlı sultanı III Mustafa tərəfindən tikdirilən Laləli məscidi ibadətə açıldı.

3. 1776-cı ilin bu günü Londonda şotland iqtisadçısı və filosofu Adam Smitin “Xalqların varlanmasının təbiəti və səbəbləri haqqında tədqiqatlar” kitabı işıq üzü gördü. Əslində bu əsərlə siyasi iqtisad elminin əsası qoyuldu. 

4. Fransa imperatoru Napoleon Bonapartın ordularının bir-birinin ardınca məğlubiyyətə uğrayıb geri çəkildiyi bir zamanda – 1814-cü ildə 9 mart Vyana Konqresi toplaşdı. Vyana Konqresi Avropadakı sərhədləri və qüvvələr nisbətini yenidən müəyyənləşdirməyə yönəlik qərarlar vermək üçün təşkil edilmişdi.  

5. 1862-ci ilin bu günü Amerikada vətəndaş müharibəsi zamanı “The USS Monitor” və “CSS Virginia” gəmiləri arasında baş verən döyüş tarixə ilk zirehli gəmilər döyüşü kimi düşüb.

6. 9 mart 1918-ci ildə Rusiyanın paytaxtı Petroqraddan Moskvaya köçürülüb.

7. 1935-ci ilin 5 martında Almaniya dövlətinin başçısı Adolf Hitler yeni hava qüvvələri yaradacağını açıqladı.

8. Cənubi Kiprin başçısı, arxiyepiskop Makarios 1956-cı ilin bu günü İngiltərə tərəfindən Seyşel adalarına sürgün olundu.

9. 1964-cü il martın 9-da Amerikanın Miçiqan ştatının Dirborn şəhərindəki avtomobil zavodunun konveyrindən ilk “Ford Mustang” maşını çıxdı.  4 yerli qapılı bu maşın 20-ci yüzilliyin ən uğurlu avtomobilləri siyahısına daxil edildi. İki il ərzində milyondan çox “Ford Mustang” maşını satıldı.

Belə uğurlu satışın səbəbi maşının nisbətən ucuz və yüksək keyfiyyətli olması idi. 

10. 9 mart 1983-cü ildə Türkiyənin Serbiya üzrə səfiri Qalib Balkar iki təcavüzkar tərəfindən yaralandı və iki gün sonra dünyasını dəyişdi. Hücumu Erməni Soyqırımı Ədalət Komandanlığı və ASALA təşkilatı öz üzərlərinə götürdülər.

11. 9 mart 1990-cı ildə Berlində Almaniya Federativ Respublikası ilə Almaniya Demokratik Respublikasının birləşdirilməsinə dair danışıqlar başlayıb.

9 martda həm də bu şəxsiyyətlər xatırlanır: 

1. Məhşur Ukrayna şairi və rəssamı Taras Şefçenko 1814-cü ilin bu günü anadan olub. 26 yaşında (1840) ilk şeirlər kitabı çıxan şairin yaradıcılığında məhəbbət və qadın mövzusu zaman keçdikcə tarixi və sosial konkretlik kəsb edib.  Taras Şefçenko rəssam kimi də məhşur olub (1814-1861).

2. Dünyanın ilk kosmonavtı, təyyarəçi Yuri Qaqarin 1934-cü ilin bu günü doğulub.  1961-ci il aprelin 12-də “Vostok” kosmik gəmisində dünyada ilk dəfə Yer ətrafında orbital uçuş Qaqarinə nəsib olub. Amma o, 34 yaşında (27.III.1968) təyyarədə təlim uçuşu zamanı qəzaya uğrayaraq həyatını itirib. ( 1934-1968)

3. 9 mart 1893-cü ildə görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadə (1893 – 16.11.1938) anadan olub. Azərbaycan milli teatr tarixində müstəsna xidmətlər göstərib, dram və opera tamaşalarına quruluş verib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya olunub və güllələnib.

4. 9 mart 1915-ci ildə  Xalq rəssamı Kamil Əli Abbas oğlu Xanlarov (1915-1996) anadan olub. Füsunkar təbiət lövhələrini kətana köçürüb: “Zaqatala dağları”, “Şuşa”, “Araz sahilində”, “Ordubadda qış” və s. Filmlərdə (“Kəndlilər”, “Fətəli xan”) geyim rəssamı işləyib.
5. 9 mart 1929-cu ildə tanınmış diktor, Əməkdar artist Gültəkin Cabbarlı (1929 – 15.10.1996) anadan olub. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub.

6. 9 mart 1952-ci ildə Əməkdar incəsənət xadimi, aktyor, rejissor Əhməd Qəmərli (1880-1952) vəfat edib. Bakı Azad Tənqid-Təbliğ Teatrında çalışıb. “İsmət” (1934), “Almaz” (1936) və s. filmlərdə çəkilib. Kiçik pyeslər yazıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO