DİN: “Azərbaycan qadını ölkədə sabitliyin qorunmasında yaxından iştirak edir”

DİN: “Azərbaycan qadını ölkədə sabitliyin qorunmasında yaxından iştirak edir”

Hazırda oxunan: DİN: “Azərbaycan qadını ölkədə sabitliyin qorunmasında yaxından iştirak edir”

181635

“Bu gün də Azərbaycan qadını ölkədə sabitliyin qorunub saxlanılmasında yaxından iştirak edir, bu işin təşkilində öz töhfələrini əsirgəmir”.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyevin fesybukdakı paylaşımında bildirilib.

"Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq. Şəhid analarına, şəhidlərin ömür-gün yoldaşlarına bayram təbrikimizi yetirir, onlara səbir, təmkin və dözüm arzulayırıq. Qadın zərifliyin, ülviliyin və gözəlliyin rəmzidir. Bu adın ucalığı, işgüzarlığı və saflığı nəsillərə örnəkdir.
Hər birinizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və uğurlar diləyirik!

Bayramınız mübarək olsun!", - qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO