Türk tələbə Gəncədə qəzaya düşdü – FOTO  

Türk tələbə Gəncədə qəzaya düşdü – FOTO  

Hazırda oxunan: Türk tələbə Gəncədə qəzaya düşdü – FOTO  

181544

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, şəhərin Ozan küçəsində Türkiyə vətəndaşı olan Ozan Alkanın idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə zərər dəyib. 

Sürücünün sözlərinə görə, yolda olan çuxur qəzaya səbəb olub. Belə ki, avtomobil çuxura düşdükdən sonra təkər şini partlayıb və nəqliyyat vasitəsi idarəetmədən çıxıb. 

Qeyd edək ki, O.Alkan Gəncə şəhərində olan ali məktəblərin birinin tələbəsidir. Faktla bağlı araşdırma aparılır. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO