Naxçıvan sakinini bıçaqla hədələyərək videoya çəkən dəstə üzvləri saxlanıldı – FOTO  

Naxçıvan sakinini bıçaqla hədələyərək videoya çəkən dəstə üzvləri saxlanıldı – FOTO  

Hazırda oxunan: Naxçıvan sakinini bıçaqla hədələyərək videoya çəkən dəstə üzvləri saxlanıldı – FOTO  

181515

Naxçıvanda cinayətkar qrup halında Naxçıvan şəhər sakini Orxan Qurbanovu (ad şərtidir) bıçaqla hədələyən, şəhər ərazisindən kənarda güc tətbiq edərək, video çəkilişini aparan şəxslər saxlanılıb.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ordubad rayon Nüsnüs kənd sakinləri Hüseynov Leysan, Hüseynov Firqət, Quliyev Ülvi, Quliyev Bayram saxlanılaraq istintaq təhvil verilib. 

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə cinayət işi başlanılmış və onlara qeyd olunan maddələr ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib 
Hazırda həmin dəstənin qeyri-qanuni fəaliyyətinə dair halların dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO