Polis Bərdədə əməliyyat keçirdi: Tutulanlar var – FOTO  

Polis Bərdədə əməliyyat keçirdi: Tutulanlar var – FOTO  

Hazırda oxunan: Polis Bərdədə əməliyyat keçirdi: Tutulanlar var – FOTO  

181490

Bərdədə mal-qara oğurlayan dəstə ələ keçib. 

Bizim.Media xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qazaxlar, Mehdili, Mustafaağalı, Tumaslı kəndlərindən ayrı-ayrı vaxtlarda müxtəlif vətəndaşlara məxsus mal-qara oğurlayan 3 nəfər saxlanılıb. 

Araşdırmalarla oğurluq əməllərini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini Rövşən Oruczadə, onun tanışları, Neftçala rayon sakini Atakişi Əliyev və Bərdə rayon sakini Səbuhi Ələsgərovun əvvəlcədən əlbir olaraq bir qrup şəxs halında Bərdə, Tərtər və Neftçala rayonlarından müxtəlif vaxtlarda vətəndaşlara məxsus iribuynuzlu və xırdabuynuzlu heyvan oğurladıqları məlum olub. 
Dindirmə zamanı onlar oğurladıqları mal-qaranı satıb əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər. 
 
Oğurluq əməlini törətməkdə şübhəli bilinən hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda onların digər analoji cinayət əməllərinin olub-olmadığı araşdırılır. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir. 







Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO