Türkiyə-Azərbaycan Universitetinin quruluş prosesi müzakirə olunub - FOTO

Türkiyə-Azərbaycan Universitetinin quruluş prosesi müzakirə olunub - FOTO

Hazırda oxunan: Türkiyə-Azərbaycan Universitetinin quruluş prosesi müzakirə olunub - FOTO

181442

Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın Azərbaycana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə Türkiyə-Azərbaycan Unviersitetinin quruluş prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin rəsmi “X” hesabında məlumat verilib.

“Azərbaycanda rəsmi səfərdə olan hörmətli YÖK sədrimiz prof. dr. Erol Özvar Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə görüşərək Türkiyə-Azərbaycan Universitetinin yaradılması prosesi və təhsil sahəsində əməkdaşlıqla bağlı digər məsələləri müzakirə edib.
Cənab Özvar səfəri çərçivəsində Türkiyə və Azərbaycan Şəhidlikləri və Fəxri Xiyabanı da ziyarət edib, abidələri üzərinə əklillər, şəhidlərin məzarları üzərinə qərənfillər qoyub”, – deyə məlumatda qeyd olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO