Ramazanın 4-cü gününün duası: İmsak və iftar vaxtı - FOTO

Ramazanın 4-cü gününün duası: İmsak və iftar vaxtı - FOTO

Hazırda oxunan: Ramazanın 4-cü gününün duası: İmsak və iftar vaxtı - FOTO

18127

Sabah Ramazan ayının dördüncü günüdür.  

Bizim.Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 17-də imsak vaxtı saat 04:24-də, iftar vaxtı isə 19:36-dadır.  

Aprelin 17-si üçün namaz vaxtları:  

Sübh azanı 04:34  

Zöhr azanı 12:40  

Əsr azanı 17:24  

Məğrib azanı 19:36  

İşa azanı 20:41  

Dördüncü günün imsak vaxtı üçün duanı təqdim edirik:  

“Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin”.  

Tərcüməsi:

“İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!”  

İftar duası:  

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.  

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”. 

Allah orucunuzu qəbul etsin! 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO