Din xadimlərinin 5 ildən bir attestasiyadan keçmələri nəyi DƏYİŞİR? – AÇIQLAMA 

Din xadimlərinin 5 ildən bir attestasiyadan keçmələri nəyi DƏYİŞİR? – AÇIQLAMA 

Hazırda oxunan: Din xadimlərinin 5 ildən bir attestasiyadan keçmələri nəyi DƏYİŞİR? – AÇIQLAMA 

181174

Azərbaycanda ziyarətgahlar, İslam dininə aid ibadət yerlərində çalışan din xadimlərinin fəaliyyəti həmişə müzakirə mövzusu olub. Əvvəllər din xadimlərinin attestasiyası Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) həvalə olunmuşdu. Hazırda isə onların attestasiyasını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Komitə bu məqsədlə Attestasiya Komissiyası yaradıb.

Bildirilib ki, komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda din xadimlərinin ilk dəfə attestasiyasına BAŞLANILDI 


Prosesdə fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur.

Maraqlıdır, bu dəfəki attestasiya din xadimlərin fəaliyyətinə necə təsir edəcək? Attestasiyanın keçirilməsində məqsəd nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib ki, attestasiya uzun illərdir həyata keçirilir:

“Əvvəlki dövrlərdə bu işlə, əsasən, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məşğul olurdu, 5 ildən bir attestasiya aparılırdı. Hazırda mövcud qanunvericiliyə əsasən, din xadimlərinin attestasiya məsələsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə həvalə edilib. Eyni zamanda, bu prosesdə QMİ də iştirak edir. Bu attestasiyaların keçirilməsi önəmlidir. Hər bir din xadimi 5 il fəaliyyət göstərdikdən sonra aidiyyəti üzrə müfaviq qurumlar, həm dini komitə, həm də QMİ onların beş illik fəaliyyətinə baxır, bu illər ərzində gördükləri işləri qiymətləndirirlər. Həmin dövrdə əgər hansısa din xadiminin işində qüsurlar, nöqsanlar varsa, o din xadimləri öz işindən uzaqlaşdırılır”.

Milli Məclisin üzvü hesab edir ki, bu, din xadimlərində xüsusi məsuliyyət yaradır:

“Din xadimləri anlayırlar ki, beş ildən sonra təkrar attestasiya olunacaqlar və fəaliyyətlərində qüsur, nöqsan olarsa, işdən uzaqlaşdırılacaqlar. Bu sahədə mövcud problemlərin həlli baxımından bu addımların atılması önəmlidir. Düşünürəm ki, ümumi prosesə töhfə verə biləcək bir məsələdir”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO