Rüşvət almaqda təqsirləndirilən Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən Mirqasım Mirişlinin işi üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası martın 14-nə təyin edilib.
Qeyd edək ki, keçən il Baş Prokurorluq Abşeron Rayon İcra Hakimiyyətində keçirilmiş əməliyyatla bağlı məlumat yayıb. Əməliyyat-istintaq tədbirləri ilə Mirqasım Mirişlinin Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verilməsi və ümumi himayədarlıq göstərilməsi üçün ona müraciət etmiş vətəndaşdan tələb etdiyi 30 min manat pul vəsaitinin 25 min manat hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Həmin vəzifəli şəxs qeyd edilən rüşvət məbləğini vətəndaşdan alarkən cinayət başında yaxalanıb, onun xidməti otağı və avtomobilində aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.
Mirqasım Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham edildikdən sonra barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:48 / 04.03.2024
Abşeron RİH-in sabiq əməkdaşının korrupsiya qalmaqalı - Məhkəmə başlayır
Hazırda oxunan: Abşeron RİH-in sabiq əməkdaşının korrupsiya qalmaqalı - Məhkəmə başlayır
Hazırda oxunan: Abşeron RİH-in sabiq əməkdaşının korrupsiya qalmaqalı - Məhkəmə başlayır
181084
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.