Müjgan Ayxan Eşqin Cəlilovla eşq iddialarına CAVAB VERDİ 

Müjgan Ayxan Eşqin Cəlilovla eşq iddialarına CAVAB VERDİ 

Hazırda oxunan: Müjgan Ayxan Eşqin Cəlilovla eşq iddialarına CAVAB VERDİ 

181078

Gənc müğənni Müjgan Ayxan Eşqin Cəlilovla eşq yaşaması ilə bağlı yayılan iddialara cavab verib.

Bizim.Media xəbər verir ki, müğənni bu barədə "Xəbərin var?" verilişində danışıb. 

Sənətçi qeyd edib ki, E. Cəlilovla görüntüləndiyi süjet sadəcə piar xarakteri daşıyıb: “Ümumiyyətlə mənim elə bir xasiyyətim var ki, dostluq edib çörək kəsdiyim şəxslərlə sevgi münasibəti saxlamıram. Azərbaycanda kişi də çoxdur, qadın da. O süjet dostumuzun ilk işi üçün çəkilmiş bir piar idi”.

Qeyd edək ki, Eşqin Cəlilov müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova ilə evli olub. lakin cütlük ötən il qalmaqallı şəkildə boşanıb. Mayın 26-da A.İsmayılovanın keçmiş əri E.Cəlilov ona fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olunaraq, 30 sutkalıq həbs olunmuşdu. Aysun İsmayılovanın şikayəti geri çəkməsindən sonra Eşqin azadlığa çıxmışdı.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO