Bakıda yük avtomobili ilə Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürməkdə təqsirləndirilən Firdovsi Eyvazova hökm oxunub.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, F.Eyvazov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrında paytaxtın Zabrat-Maştağa yolunda baş verib.
Belə ki, Firdovsi Eyvazov idarə etdiyi "KamAZ" markalı yük avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən 2000-ci il təvəllüdlü Sevgi Rəsulova və Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini vurub. Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində keçiniblər.
Xatırladaq ki, S.Rəsulova Dövlət Gömrük Akademiyasının işçisi, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:51 / 04.03.2024
Gömrük Akademiyasının iki əməkdaşını vuraraq öldürən sürücüyə HÖKM OXUNDU
Hazırda oxunan: Gömrük Akademiyasının iki əməkdaşını vuraraq öldürən sürücüyə HÖKM OXUNDU
Hazırda oxunan: Gömrük Akademiyasının iki əməkdaşını vuraraq öldürən sürücüyə HÖKM OXUNDU
181070
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.