"Rəqəmsal Gələcəyə Addım 2023" müsabiqəsinə 28 mindən çox şagird qoşulub”.
Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Nilufər Rəhimova Elm və Təhsil Nazirliyinin "Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə həyata keçirdiyi Kod Saatı: "Rəqəmsal Gələcəyə Addım 2023" müsabiqəsinin final tədbirində qeyd edib.
Onun sözlərinə görə ölkədə gedən rəqəmsallaşma tədbirlərinin tərkib hissəsi kimi təhsil sisteminin informasiyalaşdırılması əsas istiqamətlərdən biridir:
“Bir neçə ildir ki, respublika üzrə müxtəlif beynəlxalq əməkdaşlqlar çərçivəsində müsabiqələr təşkil olunur. 2023-2024- cü tədris ili üzrə proqramlaşdırma müsabiqəsii təşkil olunub. Müsabiqə 3 mərhələdən ibarətdir. Respublika üzrə bu müsabiqəyə 28 mindən çox şagird qoşulub. Bu gün isə Heydər Əliyev Mərkəzinin dəstəyilə müsabiqənin final mərhələsini keçiririk. Şagirdlər canlı vaxt ərzində yarışdılar və günün ikinci yarısında qaliblər mükafatlandırılacaq”.
Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:40 / 04.03.2024
Rəqəmsallaşma müsabiqəsində 28 mindən çox şagird YARIŞIR
Hazırda oxunan: Rəqəmsallaşma müsabiqəsində 28 mindən çox şagird YARIŞIR
Hazırda oxunan: Rəqəmsallaşma müsabiqəsində 28 mindən çox şagird YARIŞIR
181037
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.