“Sabah”ın yeni baş məşqçisi MƏLUM OLDU 

“Sabah”ın yeni baş məşqçisi MƏLUM OLDU 

Hazırda oxunan: “Sabah”ın yeni baş məşqçisi MƏLUM OLDU 

180778

"Sabah"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Bizim.Media Xorvatiyanın "gol.dnevnik.hr" portalına istinadən xəbər verir ki, Masazır təmsilçisini Krunoslav Renduliç çalışdıracaq. 

Azərbaycan klubu 50 yaşlı mütəxəssislə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. 
Renduliçin köməkçiləri Saşa Sabljak və Domaqoy Periç olacaq. Krunoslav Renduliç baş məşqçi kimi Xorvatiyada "İstra", "Sibenik" və "Qoritsa"nı çalışdırıb. O, İran milli komandasında köməkçi məşqçi kimi də işləyib.

Xorvatiyalı mütəxəssisin son klubu Bosniya və Herseqovinada "Zrinjskini" olub. Renduliç Mostar təmsilçisi ilə ölkə çempionu olub, kuboku qazanıb və Avropa Konfrans Liqasının qrup mərhələsində iştirak edib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO