Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir - VİDEO

Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir - VİDEO

Hazırda oxunan: Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir - VİDEO

18073

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən taktiki təlimlərdə müxtəlif çaplı toplardan və digər raket-artilleriya qurğularından nümunəvi döyüş atışları icra olunub.

Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə təyin olunan şərti hədəflər qoşunlarımızın dəqiq atəşi ilə məhv edilib.

Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldilən təlimlər davam edir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO