Gəncədə avtomobilin vurduğu 64 yaşlı piyada xəstəxanada ölüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib.
Hərəkətdə olan yük maşını yolu qarşı tərəfə keçmək istəyən, 1960-cı il təvəllüdlü Gülmüzər Nəcəfovanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 64 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, G.Nəcəfovanın həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
21:53 / 29.02.2024
Gəncədə yük maşını vuran piyada xəstəxanada ölüb
Hazırda oxunan: Gəncədə yük maşını vuran piyada xəstəxanada ölüb
Hazırda oxunan: Gəncədə yük maşını vuran piyada xəstəxanada ölüb
180540
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.