DİQQƏT - Buraxılış imtahanı verəcək abituriyentlərin valideynlərinə VACİB XƏBƏR 

DİQQƏT - Buraxılış imtahanı verəcək abituriyentlərin valideynlərinə VACİB XƏBƏR 

Hazırda oxunan: DİQQƏT - Buraxılış imtahanı verəcək abituriyentlərin valideynlərinə VACİB XƏBƏR 

180502

Azərbaycanda buraxılış imtahanlarının vaxtı bəlli olub. Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumata görə, mart ayının 3-ü və 10-u XI sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək. Buraxılış imtahanlarının nəticələri həm də məzunların ali məktəbə qəbul olmasında rol oynayır.

Belə ki, 3 ildir tətbiq olunan qaydaya görə, abituriyentlər iki dəfə ayrı-ayrı 3 fəndən imtahan verməklə ümumi nəticəyə nail olurlar. Buraxılış imtahanı bir dəfə, qəbul imtahanı isə iki dəfə (dövlət hesabına və öz hesabına) keçirilir. Ona görə də şagirdlər buraxılış imtananına daha məsuliyyətlə yanaşırlar. Bu ərəfədə valideynlər də abituriyentlər qədər həyəcanlanırlar.

İmtahan gərginliyini aradan qaldırmaq üçün valideynlər və abituriyentlərə nə tövsiyə olunur?

Psixoloq Nuriyyə Quliyeva bu haqda Bizim.Media-ya danışıb. O, valideynləri övladlarına təzyiq etməməyə çağırıb:

“Mənfi halların olmaması üçün ilk növbədə valideynlərin üzərinə müəyyən öhdəliklər düşür. Valideynlər övladlarının yanında olduqlarını, onları anladıqlarını hiss etdirsinlər. İmtahanın nəticəsinin necə olmasından asılı olmayaraq onların yenə də dəyərli övlad olduğunu vurğulasınlar. Yəni imtahanın  nəticəsinin yuxarı və ya aşağı olması övladların dəyərini azaldıb, artırmır.

Valideyn övladını şərtsiz sevir. Valideynin övladına maddi və mənəvi dəstək olması borcdur, onlar bunu onsuz da etməlidir, ona görə də “sən qəbul olmayacaqsan, oxumursan”, “filankəs oxuyur, oxumasan yenidən müəllim yanına qoymayacam”, “sənin üzərində bu qədər əziyyət çəkirik, qəbul olmasan rüsvay olacağıq” kimi ifadələr işlədilməməlidir.

Həmçinin, biz bilirik ki, sən 600-700 bal toplayacaqsan kimi ifadələr də təzyiq xarakteri daşıyır. Bunlar uşağa həyəcan yaşadır, uşağı kimləsə müqayisə etmək, sərf etdiyin əməyi uşağın üzünə vurmaq doğru deyil”.

O, imtahan ərəfəsində valideynlərin necə davranmalı olduqlarını sadalayıb:

“Valideynlər, mən əlindən gələni etdiyini gördüm, edə biləcəyini etmisən, aldığın nəticə sənə olan sevgimizi dəyişmir, kimi cümlələr qurmalıdır. Uşağa sadəcə özünün çəkdiyi əziyyətin nəticəsinin olmasını istədiklərini və imtahanın həlledici olmadığını bildirməlidirlər”.

Psixoloq müəllimlərin də eyni şəkildə davranmalı olduqlarını bildirərək abituriyentlərə müraciət edib, tövsiyələrini verib:

“Nəticə sizin sadəcə zəhmətinizin qarşılığıdır. İmtahanın nəticələri sizin şəxsi keyfiyyətlərinizin, dəyərinizin ölçüsü deyil. İmtahan nəticələri yüksək və ya aşağı olması gələcəklə bağlı bəzi addımlarınızı dəyişməyə imkan yaradır. İmtahan zamanı yaza bilməyəcəm, bilmədiyim suallar düşəcək kimi düşüncələr sizə mənfi yöndə təsir edəcək.

İmtahanda bilmədiyiniz sualların düşməsi çox normaldır, təlaşlanmağa ehtiyac yoxdur. Bilin ki, sizin də hər kəs kimi cavablandıra bilməyəcəyiniz suallar var. Həyəcan olduqda burundan üç dəfə dərin nəfəs alıb, saxlayaraq ağızdan nəfəsi versinlər. Bunu bir neçə dəfə təkrar etsələr, həyəcan yox olacaq. Sual kitabçası paylandıqda özlərinə ən çox güvəndikləri fənndən başlamaq onlara rahatlıq verəcək”, - deyə psixoloq vurğulayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO