Məktəblərdəki psixoloq və kitabxanaçılar da sertifikasiyaya cəlb olunacaqlar? – RƏSMİ AÇIQLAMA

Məktəblərdəki psixoloq və kitabxanaçılar da sertifikasiyaya cəlb olunacaqlar? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Məktəblərdəki psixoloq və kitabxanaçılar da sertifikasiyaya cəlb olunacaqlar? – RƏSMİ AÇIQLAMA

180478

“Məktəbdəki kitabxanaçılar, psixoloqlar və digər işçilərin maaşları vahid tarifə uyğun olaraq tənzimlənir. Ona görə də dövlət müəssələrində çalışanların əməkhaqları artırıldıqda, onların da maaşları yüksəlir”.

Bu fikirləri Bizim.Media-nın sualına cavab olaraq elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Qanunvericilikdə psixoloqların, kitabxanaçıların sertifikasiyası yox, attestasiyası anlayışı var.

Bizim baxışımz bundan ibarətdir ki, 2026-cı ilə qədər 100 məktəbin adambaşına maliyyələşdirilməsi prosesi nəzərdə tutulur. Məhz bu proses nəticəsində onlara daha səmərəli əməkhaqqının verilməsi məsələsinə baxıla bilər. Onların sertifikasiyadan keçirilməsi isə hələ nəzərdə tutulmayıb”, - deyə nazir əlavə edib. 

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO