Emin Əmrullayev: “Şagirdlərin davranışına görə “like” yığmaq istəyənləri anlamıram”

Emin Əmrullayev: “Şagirdlərin davranışına görə “like” yığmaq istəyənləri anlamıram”

Hazırda oxunan: Emin Əmrullayev: “Şagirdlərin davranışına görə “like” yığmaq istəyənləri anlamıram”

180460

“Məktəbdə nəsə hadisə baş veribsə, valideyn bir həftə içində bunu bilməlidir və vaxtında aidiyyatı quruma müraciət etməlidir. Bu kimi hadisələrin üzə çıxarılması və bəlli addımların atılması mütləqdir”.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

“Buna görə də media işçilərinə ayrı təşəkkür düşür. İnsan özünü ucaltmaq üçün kimisə alçaltmamalıdır. Ona görə də müəllimlərimizə qarşı alçaldıcı təzyiqlərin tərəfdarı deyilik. 

Müəllimlərin və ya şagirdlərin davranışına görə “like” yığmaq istəyən insanları anlaya bilmirəm.

Məsələn, hadisə bir neçə ay əvvəl baş verib, müəllim işdən çıxarılıb və ya ona töhmət verilib, xəbər başlığını “daha bir məktəbdə hadisə baş verib” kimi başlıq yerləşdirirlər. Bunu yalnış hesab edirik” - deyə nazir bildirib. 

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO