Azərbaycanın “Akınçı” PUA-ları şərti düşmənin hədəflərini təyin etdi - VİDEO

Azərbaycanın “Akınçı” PUA-ları şərti düşmənin hədəflərini təyin etdi - VİDEO

Hazırda oxunan: Azərbaycanın “Akınçı” PUA-ları şərti düşmənin hədəflərini təyin etdi - VİDEO

180431

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) “Akınçı” hücum pilotsuz uçuş aparatları (PUA) hava kəşfiyyatı aparıb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyndən məlumat verilib.

Bildirilib ki, cari ilin hazırlıq planına əsasən, HHQ-nin PUA bölmələri ilə keçirilən təlim-məşq uçuşları davam etdirilir.

Təlim-məşq uçuşlarından əvvəl heyətlər tərəfindən PUA-ların döyüşə hazırolma vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.
Məlumata görə, əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-ları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, eləcə də digər tapşırıqları yerinə yetiririlib.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə PUA heyətləri qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO