Jurnalist Cəbrayılda evlərini tapdı, hönkürüb ağladı - Təsirli KADRLAR - VİDEO

Jurnalist Cəbrayılda evlərini tapdı, hönkürüb ağladı - Təsirli KADRLAR - VİDEO

Hazırda oxunan: Jurnalist Cəbrayılda evlərini tapdı, hönkürüb ağladı - Təsirli KADRLAR - VİDEO

18038

Cəbrayıl rayonunun Soltanlı kəndindən olan tanınmış jurnalist Seymur Verdizadə 28 il sonra yurduna səfər edib.

Bizim.Media xəbər verir ki, ata ocağını gedən jurnalist göz yaşlarına hakim ola bilməyib. O təəssüratlarını belə bölüşüb:

''İkimərtəbəli, topdağıtmaz evimiz vardı. Dünən özüm görmüşəm, ermənilər hətta 28 il ərzində dağıda bilməyiblər.

Üstü sökülüb, tavanı çöküb, amma divarlar qala kimi yerindədir. Həmin divarlar təkcə mənim uşaqlıq illərimin deyil, həm də erməni vandallığının şahididir… Başımı evimizin çılpaq divarlarına söykəyib doyunca ağlayandan sonra iri daşların üstündə özümə yer edib xəyala daldım''.

Bizim.Media





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO