Avtomobildən pul kisəsi belə oğurlandı - ANBAAN VİDEO

Avtomobildən pul kisəsi belə oğurlandı - ANBAAN VİDEO

Hazırda oxunan: Avtomobildən pul kisəsi belə oğurlandı - ANBAAN VİDEO

180312

Sumqayıtda avtomobildən pul kisəsi oğurlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə fevralın 27-si gecə saat 3 radələrində, şəhərin Kotec qəsəbəsi adlanan ərazisində, ev 26 ünvanında qeydə alınıb.

Bu zaman naməlum şəxs avtomobilin ön şüşəsini qıraraq içəridə olan pul kisəsini götürüb və oradan uzaqlaşıb. Baş verənlər ərazidəki təhlükəsizlik kamerasına anbaan əks olunub.

Zərərçəkmişin sözlərinə görə, pul kisəsində 1500 manat pul olub.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə məlumat verilib.

Oğurluq anının görüntülərini təqdim edirik.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO