Xankəndi, Xocalı və Qubadlıda içməli su sistemləri qurulur - RƏSMİ

Xankəndi, Xocalı və Qubadlıda içməli su sistemləri qurulur - RƏSMİ

Hazırda oxunan: Xankəndi, Xocalı və Qubadlıda içməli su sistemləri qurulur - RƏSMİ

180237

“Xaçınçay və digər su anbarları və kanallarının tikintisi başa çatdırılıb. Laçında 2022-ci ildə başlanmış su anbarının tikintisinin bu ilin ilk yarısında yekunlaşdırılması planlaşdırılır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisdə keçirilən ictimai dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.

“Cəbrayılda Qız Qalası su anbarının və bir sıra digər obyektlərin layihələndirilməsi işləri tamamlanıb. Şuşa şəhərində içməli su sisteminin yenidən qurulması işlərinə başlanıb. Laçın şəhərinin içməli, yağış suları sistemləri yaradılıb. Xankəndi, Xocalı, Qubadlı kimi məskunlaşma olacaq ərazilərdə içməli su sistemləri qurulur”, - deyə Agentlik sədri vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO