Sosial sahə üzrə e-xidmətlərə yanvarda 254 min müraciət edilib

Sosial sahə üzrə e-xidmətlərə yanvarda 254 min müraciət edilib

Hazırda oxunan: Sosial sahə üzrə e-xidmətlərə yanvarda 254 min müraciət edilib

180013

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin ilk ayında 254 min müraciət qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 810,4 min dəfə istifadə olunub.

Sosial ödənişlər üzrə 24,4 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, nazirliyin fəaliyyət sahələrinə dair 42 min e-arayış verilib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən daxil olan sorğularla birgə yanvar ayında ümumilikdə nazirliyin informasiya bazalarına 43 milyon e-sorğu və müraciət qeydə alınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO