Geomaqnit sahəsinin qeyri-sabit səviyyələrdə olması proqnozlaşdırılır - FOTO

Geomaqnit sahəsinin qeyri-sabit səviyyələrdə olması proqnozlaşdırılır - FOTO

Hazırda oxunan: Geomaqnit sahəsinin qeyri-sabit səviyyələrdə olması proqnozlaşdırılır - FOTO

179981

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Bizim.Media-ya bildirilib ki, Günəşin fəallığı artıb. Alışmalar nəticəsində tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı artaraq 6 ləkə qrupunda 114 ləkə və tac dəlikləri müşahidə olunur. Günəş küləyinin maksimal sürəti 459 kilometr/saniyəyədək artıb.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə bir qədər yüksəlməsi ehtimalı var.
Günəş küləyinin sürətinin TKA və tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri ilə bir qədər artacağı gözlənilir.

Geomaqnit sahəsinin G1 (zəif qasırğa) səviyyəsinədək yüksəlmək ehtimalı var. Sonrakı günlərdə isə TKA və tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri ilə sakit lakin qeyri-sabit səviyyələrdə olması proqnozlaşdırılır.







Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO