Gəncədə 12 yaşlı yeniyetmə dalaşan valideynlərini ayırarkən xəsarət alıb

Gəncədə 12 yaşlı yeniyetmə dalaşan valideynlərini ayırarkən xəsarət alıb

Hazırda oxunan: Gəncədə 12 yaşlı yeniyetmə dalaşan valideynlərini ayırarkən xəsarət alıb

179609

Gəncədə ailədaxili münaqişə zamanı 12 yaşlı uşaq xəsarət alıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Şahsevərlər küçəsində İlham İsrafilov və həyat yoldaşı Könül İsrafilova arasında baş verən mübahisə zamanı onları sakitləşdirmək üçün araya girən 2012-ci il təvəllüdlü Aysu İsrafilli bud nahiyyəsinin bıçaq xəsarəti alıb. 

O, dərhal xəstəxanaya yerləşdirilib. 12 yaşlı qıza tibbi yardım edilib, vəziyyətinin stabil  olduğu bildirilir. 
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO