İmam namaza gələnlərə səsləndi:

İmam namaza gələnlərə səsləndi: "Əgər məscidin bağlanmasını istəmirsizsə..."

Hazırda oxunan: İmam namaza gələnlərə səsləndi: "Əgər məscidin bağlanmasını istəmirsizsə..."

179512
Ötən ay bağlanacağı deyilən Yasamal Rayonu İlahiyyat məscidi fəaliyyətini davam etdirməkdədir.

Məsciddə müşahidə aparan Moderator.az -ın əməkdaşı məscidin daxilində və çölündə əvvəlki kimi namaz qılındığını müşahidə edib.xa0

Məscidin bağlanılması məsələsi cümə günləri bu ibadət ocağına gələn inlərlə insanların sıxlıq yaratması olmuşdu. Cümə namazından öncə xütbə verən pişnamaz Ceyhun Rüstəmov ibadət ocağı ilə bağlı hələ də narahatlığın olduğunu bildirib. İmam Məscidə gələn şəxslərə səslənərək onların maşınlarını yollarda saxlamamalarını xahiş etdi.xa0

Ceyhun Rüstəmovun sözlərinə görə, bu kimi hallar məscid barədə şikayətləri artırır və nəticədə məscidin bağlanması gündəmə gəlir. Ceyhun Rüstəmov ibadət edənlərə səslənərək bildirdi ki, əgər onlar ibadət ocağının bağlanmasını istəmirlərsə onda məscid ərazisində və onun yaxınlığında maşınlarını saxlamamalıdırlar. O, xa0Ramazan ayı boyunca gecələr qılınacaq olan təravih namazlarında da insanların diqqətli olmalarını istədi və qeyd etdi ki, heç bir halda namz qılanlar ətraf binalarda istirahət edən şəxslərin rahatlığını pozmamalıdırlar.”x9d


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO