Şənbə gününə olan HAVA PROQNOZU 

Şənbə gününə olan HAVA PROQNOZU 

Hazırda oxunan: Şənbə gününə olan HAVA PROQNOZU 

179509

Fevralın 24-nə gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 1°-dək isti olacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO