Gədəbəydə sərxoş kişi BIÇAQLANDI 

Gədəbəydə sərxoş kişi BIÇAQLANDI 

Hazırda oxunan: Gədəbəydə sərxoş kişi BIÇAQLANDI 

179475

Gədəbəydə iki nəfər arasında mübahisə bıçaqlanma ilə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İvanovka kəndində baş verib. 

1972-ci il təvəllüdlü Həsən Yusibov qarının kəsilmiş-deşilmiş yaraları ilə Gədəbəy rayon məkrəzi xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, H.Yusibov hadisə baş verən zaman sərxoş olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-ya bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rövşən Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO