Abşeronda 3 ailə üzvünü balta ilə öldürən şəxsin məhkəməsi başladı

Abşeronda 3 ailə üzvünü balta ilə öldürən şəxsin məhkəməsi başladı

Hazırda oxunan: Abşeronda 3 ailə üzvünü balta ilə öldürən şəxsin məhkəməsi başladı

179326

Abşeronda əmisi, əmisinin arvadı və əmisi qızını baltalayaraq öldürməkdə, 1 nəfər qəsəbə sakininə isə xəsarət yetirməkdə təqsirli bilinən Sərxan Həşimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ona hüquq və vəzifələri izah edilib.

Məhkəmə baxışı martın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il iyulun 3-də qeydə alınıb.

1974-cü il təvəllüdlü Sərxan Həşimovun Digah qəsəbəsi, Q.Qarayev küçəsi ərazisində qisas niyyəti ilə əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya balta ilə çoxsaylı xəsarətlər yetirək onları qətlə yetirib. Daha sonra Sərxan Həşimov Mehdiabad qəsəbəsi ərazisində Ələsgər Hüseynova həmin balta ilə çoxsaylı xəsarətlər yetirib.

Sərxan Haşımova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Sərxan Həşimovun bundan öncə də 3 dəfə məhkumluğu olub. 2 məhkumluğu ödənib, 3-cü məhkumluğu isə, C.M. nin 177.2.4 -cü maddəsi ilə olub. Saxlanılan zaman üzərində məhkumluğu olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO