Monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin yeni siyahısı TƏSDİQLƏNDİ

Monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin yeni siyahısı TƏSDİQLƏNDİ

Hazırda oxunan: Monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin yeni siyahısı TƏSDİQLƏNDİ

179248

Nazirlər Kabinetində “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 30 dekabr 2016-cı il tarixli qərarında dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısına Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelekom” MMC əlavə olunub.
Bundan başqa, ləğv edilmiş “Azərsu” və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-lər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsləri ilə əvəzlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO