Keçmiş arvadını oğlu və azyaşlının gözü qarşısında bıçaqladı - Gədəbəydə ailə dramı

Keçmiş arvadını oğlu və azyaşlının gözü qarşısında bıçaqladı - Gədəbəydə ailə dramı

Hazırda oxunan: Keçmiş arvadını oğlu və azyaşlının gözü qarşısında bıçaqladı - Gədəbəydə ailə dramı

17924

Gədəbəy rayonunda qadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Bizim.Media-ya Gədəbəy Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 25 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində Gədəbəy rayonu, Qurudarə kənd sakini Məsimova Zülfiyyə Faiq qızının qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərərçəkmişin keçmiş əri Məsimov Rasim Mansır oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Zülfiyyə Mənsimovanı oğlu və azyaşlı qohumunun gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Rasim Məsimov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO