Yol polisi Azərbaycanın 19 bölgəsində reyd keçirir - Cərimələnənlər var 

Yol polisi Azərbaycanın 19 bölgəsində reyd keçirir - Cərimələnənlər var 

Hazırda oxunan: Yol polisi Azərbaycanın 19 bölgəsində reyd keçirir - Cərimələnənlər var 

17919

Yol hərəkət iştirakçılarını əhatə edən maarifləndirmə və nəzarət-profilaktik tədbirlər çərçivəsində aprel ayının 9-dan başlayaraq Gəncə, Ağdam, Ağdaş, Ağstafa, Qazax, Qəbələ, Zərdab, Göygöl, Neftçala, Oğuz, Samux, Salyan, Tərtər, Tovuz, Xızı, Hacıqabul, Cəlilabad, Şamaxı və Şəki şəhər rayon polis orqanlarının Dövlət Yol Polisi qurumlarının əməkdaşları tərəfindən yollarda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə tədbirlər təşkil olunub.

Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Piyada keçidlərindən istifadə etməyərək öz həyat və sağlamlıqları ilə yanaşı digər hərəkət iştirakçılarına da təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, kobud formada qayda pozuntusuna yol verən piyadalar barəsində inzibati xəta haqqında protokollar tərtib edilib.

Bununla yanaşı, qanunla nəzərdə tutulmuş hallarda yollarda piyadalara yol verməyən sürücülər də müəyyən edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb, yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO