Azərbaycanda oğul və atanı bıçaqlayan şəxs TUTULDU

Azərbaycanda oğul və atanı bıçaqlayan şəxs TUTULDU

Hazırda oxunan: Azərbaycanda oğul və atanı bıçaqlayan şəxs TUTULDU

17915

Aprelin 14-də saat 21 radələrində Cəlilabad rayonu, Ocaqlı kənd sakini 1988-ci il təvəllüdlü Əliyev Ceyhun Cabir oğluna bıçaqla xəsarətlər yetirilməsi, atası 1964-cü il təvəllüdlü Əliyev Cabir Saleh oğlunun isə bıçaqlanaraq öldürülməsi barədə  rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Cəlilabad rayon prokurorluğu yayıb.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Ceyhun Əliyevin tanışı, əvəllər məhkum olunmuş Niftullayev Ragin Mirzəbala oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ceyhun Əliyevə çoxsaylı xəsarətlər yetirməsinə, daha sonra həmin bıçaqla sonuncunun atası Cabir Əliyevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ragin Niftullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO