Toyda qardaşını və onun arvadını öldürmək istəyənə 14 il həbs cəzası verildi

Toyda qardaşını və onun arvadını öldürmək istəyənə 14 il həbs cəzası verildi

Hazırda oxunan: Toyda qardaşını və onun arvadını öldürmək istəyənə 14 il həbs cəzası verildi

179092

Sumqayıtda 2 nəfəri öldürməyə cəhddə təqsirləndirilən 1954-cü il təvəllüdlü Ruslan Kərimduxta hökm oxunub.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R. Kərimduxt Cinayət Məcəlləsinin 29, 120.2.4, və 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) maddələri ilə təqsirli bilinib.

İttihamda qeyd edilib ki, R. Kərimduxt Sumqayıtda toyda iki nəfərin - ögey qardaşı V.Kərimduxtu və onun arvadını öldürməyə cəhd edib.

Belə ki, o, ötən ilin iyulunda Sumqayıtda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində Ruslan yaxın qohumlarına hücum edib. Qonaqların müdaxiləsindən sonra onun əlindəki ov bıçağı alınıb.

Bildirilib ki, Ruslan Kərimduxt ilə V.Kərimduxt doğma qardaş olmayıblar. Daha əvvəl məhkumluq həyatı yaşayan Ruslan bildirib ki, həbsdə olan müddətdə qardaşı və arvadı onun anasını incidiblər, ona yaxşı baxmayıblar. O, hadisəni həm də aralarında yaranan mülki mübahisəyə görə etdiyini etiraf edib. Lakin onları öldürmək istəmədiyini deyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Kərimduxta 14 il həbs cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO