Xaçmaz sakinlərindən ETİRAZ – “Azəriqaz”ın Təmir-Tikinti İdarəsi kənd yolunu bərbad hala saldı – FOTO/VİDEO  

Xaçmaz sakinlərindən ETİRAZ – “Azəriqaz”ın Təmir-Tikinti İdarəsi kənd yolunu bərbad hala saldı – FOTO/VİDEO  

Hazırda oxunan: Xaçmaz sakinlərindən ETİRAZ – “Azəriqaz”ın Təmir-Tikinti İdarəsi kənd yolunu bərbad hala saldı – FOTO/VİDEO  

179036

Xaçmazın Xudat şəhərinin 4-cü şöbə adlanan yaşayış massivinə qaz xəttinin çəkilişi Ağaverdioba və Balaqusarqışlaq kəndlərinin sakinlərinə yenidən yol problemi yaşadıb.

Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin Təmir Tikinti İdarəsi 4-cü şöbəyə Balaqusarqışlaq kəndindəki qaz paylayıcı stansiyasından xətt çəkilən zaman qazıntı işləri apararkən yolu bərbad duruma salıblar. Bu da Balaqusarqışlaq və Ağaverdioba kənd sakinlərinin narazılığına  səbəb olub.

Sakinlərin sözlərinə görə, Gəndab-Yalama yolundan kəndə ayrılan yolu öz vəsaitləri ilə təmir ediblər, çınqıl töküb, yolu hamar vəziyyətə salıblar. Qaz çəkilişi zamanı isə onların bütün zəhməti hədər olub və yol bərbad hala düşüb.

Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Qusarçay İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nahid Hacıyev də hadisə yerinə gəlib. 

Nahid Hacıyev Bizim.Media-ya məlumat verib ki, sakinlər haqlıdır. Müvafiq işləri həyata keçirən İdarənin işçiləri sakinlərin və bələdiyyənin köməyi ilə təmir olunan yolu dağıdıblar. 

Bu səbəbdən qaz çəkilişi bu gün dayandırılıb. “Azəriqaz” Təmir-Tikinti İdarəsindən isə tələb edilib ki, yolu əvvəlki vəziyyətinə salıb işi davam etdirsinlər. 

Məsələ ilə bağlı “Azəriqaz”ın Xaçmaz Regional Qaz İdarəsinə də məlumat verilib.

İdarədən saytımıza bildirilib ki, narahatlığa əsas yoxdur. Yol qısa vaxt ərzində bərpa ediləcək.

Həmin kənddən görüntüləri təqdim edirik:

 








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO