Ölkəmizdə bankların çağrı mərkəzlərində işçiləri süni intellekt əvəz edəcək? – AÇIQLAMA 

Ölkəmizdə bankların çağrı mərkəzlərində işçiləri süni intellekt əvəz edəcək? – AÇIQLAMA 

Hazırda oxunan: Ölkəmizdə bankların çağrı mərkəzlərində işçiləri süni intellekt əvəz edəcək? – AÇIQLAMA 

179009

Süni intellekt günümüzün reallığıdır. Artıq bir sıra xidmət sahələrində süni intelektin imkanlarından yararlanır. Məsələn, Avropanın əksər Mərkəzi Banklarının çağrı mərkəzləri süni intellekt sayəsində idarə olunur. Hətta banklar da bu fürsətdən yararlanır. 

Süni intellekt zəng mərkəzi işçilərini ən dəqiq məsləhətlərlə təmin edə, bank kredit analitikləri isə sosial şəbəkələrdən və digər mənbələrdən alınan məlumatları nəzərə alaraq müştəri risklərini hesablaya bilir.
 

MÖVZU İLƏ BAĞLI:

Mətni videoya çevirən süni intellekt texnologiyası yaradılıb


Süni intellekt təkcə canlı işçini əvəz etmir, həm səsli, həm də onlayn ünsiyyət vasitəsilə ona kömək edir. Süni intellekt bankla əlaqəsi olmayan məlumatları da tez bir zamanda emal etməyə imkan verir. 

Bəs, Azərbaycanın bank sistemində süni intelektin imkanlarından nə zaman istifadə edilə bilər?

Suala iqtisadçı ekspert Natiq Cəfərli cavab verdi. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, çağrı mərkəzlərində süni intellektin imkanlarından istifadə artıq kütləviləşir:

“Getdikcə də bu proses genişlənəcək. Çünki süni intellekt yeni fürsətlər, yeni imkanlar yaradır. Tədricən Azərbaycan da bu prosesə qoşulacaq. Amma bunun üçün ilk növbədə proqram təminatı lazımdır. Süni intellekt məlumatı hardansa alıb, emal edib, bildirir. Yəni özü məlumat istehsal etmir. 

Ona görə də müvafiq məlumat bazası olmalıdır ki, çağrı mərkəzinə zəng edəndə süni intellekt suala cavab üçün məlumat bazasından istifadə edilərək zəruri informasiyanı çatdıra bilsin. 

Bunun üçün də geniş infrastruktur qurulmalıdır. DATA mərkəzlər yaradılmalıdır. Yəni bu uzun bir prosesdir. Amma vacibdir. Gec-tez biz də bu proseslərə qoşulmalıyıq”.

Məsələ ilə bağlı Mərkəzi Banka da sorğu ünvanladıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO