Polisin “saxla” əmrinə tabe olmadı, həbs edildi - FOTO/VİDEO 

Polisin “saxla” əmrinə tabe olmadı, həbs edildi - FOTO/VİDEO 

Hazırda oxunan: Polisin “saxla” əmrinə tabe olmadı, həbs edildi - FOTO/VİDEO 

178979

Ağstafada yol hərəkəti qaydalarını pozduğu üçün polisin “saxla” işarəsinə məhəl qoymayan sürücü həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “saxla” əmri verilib.

Lakin sürücü polis əməkdaşının qanunu tələbinə tabe olmayaraq hərəkətini davam etdirib və rayon ərazisində təhlükəli manevrlər edib.

Keçirilən müvafiq tədbirlər nəticəsində sürücü saxlanılıb. Başqa bir avtomobilə məxsus dövlət qeydiyyat nişanı altında avtomobil idarə edən sürücü-Daşkəsən rayon sakini Altun Səməndov barəsində protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücülük hüququ və müvafiq etibarnaməsi olmadan avtomobil idarə edən A. Səməndov 30 gün müddətinə inzibati qaydada həbs edilib.
 




Bizim.Media 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO