Geomaqnit sahəsinin qeyri-stabil olacağı proqnozlaşdırılır - FOTO

Geomaqnit sahəsinin qeyri-stabil olacağı proqnozlaşdırılır - FOTO

Hazırda oxunan: Geomaqnit sahəsinin qeyri-stabil olacağı proqnozlaşdırılır - FOTO

178921

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rəsədxanadan bildirilib.

Məlumata görə, Günəşin fəallığı artaraq, maksimal sinifli alışma 3576 oblastındakı X2.5 sinifli alışma olub. Alışmalar nəticəsində Günəşin cənub qütbü yaxınlığında nadir qeydə alınan filament püskürməsi qeydə alınıb. Hazırda sönmə prosesi davam edir.

Hazırda Günəş küləyinin sürəti normaldır (278 km/san).

Günəş küləyinin sürətinin fevralın 16-da baş vermiş tac kütlə atılmalarının təsiri ilə fevralın 19-20-də bir qədər artacağı gözlənilir.

Geomaqnit sahəsinin sakit, lakin qeyri-stabil olacağı proqnozlaşdırılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO