Bu bölgədə dumanlı hava davam edir – FOTO  

Bu bölgədə dumanlı hava davam edir – FOTO  

Hazırda oxunan: Bu bölgədə dumanlı hava davam edir – FOTO  

178821

Fevralın 16-dan başlayan qeyri-sabit yağıntılı hava şəraiti həm də çiskinli-dumanlı vəziyyəti ilə davam edir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şimal-Qərb bölgəsində artıq dördüncü gündür ki, qeyri-sabit, əsasən yağıntılı hava şəraiti davam edir. 

Bu günlər havanın temperaturu kəskin enmələrlə, mənfi dərəcəyə düşməklə yanaşı, çiskinli-dumanlı olması ilə də seçilir. Bu zaman magistral yollarda görmə məsafəsi bəzən 20-30 metrə kimi düşə bilir. 

Bu gecə bölgənin dağlıq ərazilərində mənfi 4-6, aranda isə mənfi 2 dərəcəyə kimi şaxtalı hava müşahidə olunub. Bir sıra yolların üzərindəki körpülərdə donmalar baş verib. Bununla yanaşı, yollarda bu saatlarda da çiskinli-dumanlı hava şəraiti davam edir. 
Sürücülərdən məsafə saxlamaq və qəza işıqlarını yandıraraq hərəkət etmələri tövsiyə edilir. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO