Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı tapşırıq verdi

Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı tapşırıq verdi

Hazırda oxunan: Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı tapşırıq verdi

17882

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond SMA xəstəliyindən əziyyət çəkən Tunar Bağırovla bağlı özəl sektorda fəaliyyət göstərən şirkətlərə müraciət edib.

Bizim.Media Trend-ə istinadla xəbər verir ki, Heydər Əliyev Fondu şirkətləri azyaşlının sözügedən xəstəlikdən xilas olması üçün başladılan kampaniyaya qoşulmağa çağırıb.
 

MÖVZU İLƏ BAĞLI:

«Heç vaxt unutmayacağıq» - Mehriban Əliyevadan PAYLAŞIM


Qeyd edək ki, bir yaşlı Tunar Bağırov I növ onurğa amiotrofiyasından (Werding-Hoffmann xəstəliyi) əziyyət çəkir. Onun sağlamığına qovuşması üçün “Zolgensma” gen terapiyası preparatına ehtiyac var.

Bu isə dünyanın ən bahalı iynəsi hesab olunur. Bir infuziya təxminən 2,125 milyon dollara başa gəlir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO